Modern.az

İqtisadçılardan hökumətə TƏKLİF: “Hibrid maşınların rüsumu ləğv olunsun”

İqtisadçılardan hökumətə TƏKLİF: “Hibrid maşınların rüsumu ləğv olunsun”

5 Yanvar 2021, 12:50

Tarif Şurasına yanvarın 5-dən Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətini qaldırıb.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat (11,1 faiz bahalaşma), dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik (33,3 faiz bahalaşma) müəyyən edilib.

Dizel yanacağının qiymətinin artırılması ekoloji mühitin yaxşılaşdırılması ilə əsaslandırılıb.

Qeyd edilib ki, dizel yanacağından istifadənin ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Modern.az-ın məlumatına görə, iqtisadçılar yaranmış vəziyyəti nəzərə alaraq, hökumətə çağırış ediblər.

İqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, yanacağın bahalaşmasından əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınların gətirilməsinə subsidiya verilsin:


“Dizel yanacağının qiymətini daha çox artırmaq ekologiya qayğı ilə əlaqələndirilirsə, hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə bilər.
Yanacağın qiymətinin əldə edilməsindən əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınlaırn gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20 000 USD-ə qədər olan maşınlara idxal qiymətinin 25%-i, 20000-30000 USD intervalında olanlara isə 20%-i qədər subsidiya ödənsin.Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0% rüsum və vergisiz idaxl edilsin”.


Digər iqtisadçı Natiq Cəfərli də oxşar təklif səsləndirib:


“Hökumət yanacaq istehlakının ekologiyaya mənfi təsirlərindən narahatdırsa, o zaman illərdir təklif etdiyimiz addımı atsın: Hibrid və elektriklə işləyən avtomobillərə 0 rüsum və vergi tədbiq etsin, həm ölkənin avtoparkı müasirləşər, həm də ekoloji vəziyyətə bu addım müsbət təsir edər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı