Modern.az

Türkiyədən olan cinayətkar qardaşlar Bakıda həbs olunub

Türkiyədən olan cinayətkar qardaşlar Bakıda həbs olunub

28 Yanvar 2010, 14:51

Bakıda beynəlxalq axtarışda olan Türkiyə vətəndaşları tutulub. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 6 ildir axtarışda olan Mehmet və Faysal Söyləməz qardaşlarının, qohumları Dəniz Daşdəmirin Nərimanov rayonu ərazisindəki mənzillərin birində kirayə yaşadıqları müəyyən olunub. Yanvarın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar yaxalanıblar. Saxlanılan şəxslərin üzərindən və yaşadıqları mənzillərdən 3 ədəd saxta pasport və xarici valyutalar, siyasi ədəbiyyat, xarici mobil operatorlara məxsus kartlar, çoxlu sayda sənəd və xəritə aşkar edilərək götürülüb. Bu şəxslər 2004-cü ildən cinayətkar birlik yaratmaq, adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən barələrində həbsli axtarış elan edilib. Faktla bağlı zəruri əməliyyat tədbirləri və araşdırmalar davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub