Modern.az

Vətən müharibəsi qazisi intihar etdi - FOTO

Vətən müharibəsi qazisi intihar etdi - FOTO

Aktual

6 Yanvar 2021, 23:46

II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev intihar edib. 

 

Modern.az xəbər verir ki, o, müalicə aldığı hərbi hospitalda özünü asıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Bildirilib ki, Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

 

Xatırladaq ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan Vüsal Eldar oğlu Musayev Goranboy rayonunun Börü kəndində məskunlaşmışdı.

 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir