Modern.az

İbrahim Tatlısəs 6-cı dəfə ata olacaq

İbrahim Tatlısəs 6-cı dəfə ata olacaq

6 Avqust 2012, 12:48

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs ata olacaq. Modern.az-ın türk KİV-nə istinadən verdiyi məlumata görə, məşhur müğənni bu günlərdə həyat yoldaşı Ayşəgül Yıldızın analiz cavablarını gözləyir. İbrahim Tatlıses bildirib ki, Ayşəgül xanımdan bir uşağı olmasını istəyir və buna görə də çox sevinclidir.

Qeyd edək ki, İ. Tatlısəsin ilk həyat yoldaşı Ədalət Durakdan iki qızı, bir oğlu, məşhur aktrisa Perihan Savaşdan bir qızı və Dərya Tunadan bir oğlu var.

Türkiyənin məşhur müğənnisi 2011-ci ildə silahlı hücuma məruz qalmışdı. İbrahim Tatlısəs 2011-ci ilin sentyabrındauzun illərdir birlikdə olduğu 30 yaşlı sevgilisi Ayşəgül Yıldızla müalicə aldığı xəstəxanada evlənib.


Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir