Modern.az

Təhsil İnstitutuna direktor TƏYİNATI

Təhsil İnstitutuna direktor TƏYİNATI

Təhsil

7 Yanvar 2021, 11:18

Təhsil İnstitutuna yeni direktor təyin edilib.

 

Modern.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifə Rüfət Əzizovə həvalə olunub.

 

Məlumat üçün bildirək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

Yaxın saatlarda Təhsil naziri yeni direktoru Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir