Modern.az

Azərbaycanda yeni yoluxma sayı - 685 nəfər: ölən və sağalanlar...

Azərbaycanda yeni yoluxma sayı - 685 nəfər: ölən və sağalanlar...

7 Yanvar 2021, 16:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 222 885 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb. Belə ki, ölkədə son sutka ərzində 9 915, hazırkı dövrədək isə 2 241 908 test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər