Modern.az

“Azərbaycan etməli olduğunu etdi” - İspaniyalı vəkildən ölkəmizə dəstək

“Azərbaycan etməli olduğunu etdi” - İspaniyalı vəkildən ölkəmizə dəstək

Diaspor

8 Yanvar 2021, 04:03

“Azərbaycan xalqını, Silahlı Qüvvələrini və lideri Prezident İlham Əliyevi Dağlıq Qarabağdakı inkaredilməz qələbəsinə görə təbrik etmək mənim üçün də şərəfdir”.

 

Modern.az xəbər verir ki, bunu Barselona Vəkillər Kollegiyasının üzvü, “Medina & Associates” şirkətinin rəhbəri Fransisko Xavier Medina Ortiz yerli mətbuata müsahibəsində deyib.

 

O, Azərbaycanla İspaniya arasında diplomatik və hökumətlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirib:

 

“Azərbaycan dost bir ölkədir, Avropa standartları ilə müqayisə edilə bilən dövlət və hüquqi etibarlılıq səviyyəsinə sahibdir.

Bu mənada deməliyəm ki, şəxsən, 2017-ci ildə, fevral ayında Barselonada ofislərimdən birində, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” üçün təmənnasız olaraq “Azərbaycan Evi”ni açdım.

 

Eyni zamanda, bütün gücümü, daha doğrusu, Azərbaycanı Barselona və Kataloniyada daha yaxşı tanıtmaq üçün sərf etdim, beləliklə, dostlarım və əlaqələrim sayəsində Kataloniyanın ilk qəzetində “Azərbaycan Evi”nin açılış xəbərini verdim.

 

Bununla yanaşı, Kataloniyada ən çox oxunan ikinci “El Periódico de Catalunya”da Barselonada oxumağa gələn gənc azərbaycanlılar haqqında dərc olunmuş məqalələrim var idi.

 

Hətta Azərbaycan Avropa Konqresinin üzvlərini Barselona səfərinə dəvət etdim. Mən Universitetdə, Barselona Vəkillər Kollegiyasının Məktəbində və s. dərs demişəm. Məhkəmə, Prokurorluq, Vəkillər Kollegiyası, Barselonadakı iki futbol komandasının rəhbərləri, jurnalistlər, idmançılar və s.ilə yaxşı münasibətlərim var.

 

Bundan əlavə, bir vəkil olaraq Barselonadakı bir neçə Konsulluqda, siyasi liderlərlə çalışmışam və işləyirəm. Hamısı da Azərbaycandan təşkil etdiyim tədbirlərə gəldi. Hətta cənab Fuad Muradovun Barselona FK-yə rəsmi bir ziyarətini təşkil etdim. Azərbaycanın İspaniyadakı səfirinin də qatıldığı səfəri təşkil etmək şərəf idi”.

 

Xavier Medina Ortiz jurnalistin “Azərbaycan 44 gün ərzində əks-hücum əməliyyatları apararaq torpaqlarını işğaldan azad etdi. Bunu necə qiymətləndirirsiniz” sualını da cavablandırıb. İspaniyalı vəkil bildirib ki, Azərbaycan etməli olduğunu etdi.

 

“Mənim bir vəkil olduğumu unutmayın. Bəli, Azərbaycanın ərazi bütövlüyü əvvəldən BMT Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunan qanuni səbəblə dəstəklənir. Bu, münaqişələri həll etmək üçün dövlətlərin təyin etdiyi qurumdur. Bundan əlavə, Azərbaycan işləməyən və faydasız ATƏT-in Minsk qrupuna kifayət qədər səbr etdi”, - deyən Xavier Medina Ortiz hesab edir ki, Azərbaycan beynəlxalq hüquqla tanınan öz ərazilərini müharibə yolu ilə işğaldan azad etmək hüququna malik idi və bunu da etdi.

  

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

 

//republic-underground.com/azerbaijan-and-spain-a-new-stage-after-victory/

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü