Modern.az

532 yeni yoluxma, 24 ölüm, 1879 sağalma - Koronavirus STATİSTİKASI

532 yeni yoluxma, 24 ölüm, 1879 sağalma - Koronavirus STATİSTİKASI

8 Yanvar 2021, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 223417 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 205406 nəfər müalicə olunaraq sağalıb, 2869 nəfər vəfat edib, aktiv xəstə sayı 15142 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8383, hazırkı dövrədək isə 2250291 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir