Modern.az

Allah oyandı, Qarabağ azaddır!

Allah oyandı, Qarabağ azaddır!

9 Yanvar 2021, 11:10

Jurnalist Elşad Eyvazlının Global Media jurnalında Qarabağın işğaldan azad edilməsi ilə bağlı yazısı dərc olunub. Modern.az həmin yazını Azərbaycan dilində təqdim edir.

 

 

 

 

 

 

 

 

 

İndiyədək jurnalist olaraq özümə ən çox verdiyim sual bu olub ki, başqa millətdən olsam Qarabağla bağlı fikirlərim necə olardı.

Açığı hər dəfə də cavabımda indiki mövqeyimə haqq qazandırmışam.  

Bir tərəfdə torpağı işğal edilən, soyqırıma məruz qalan xalq, o biri tərəfədə işğal edən, soyqırımı törədən toplum…

Doğru olan insanlıq yanında, deyilmi?

Azərbaycana qərəzi olmayan istənilən əcnəbi jurnalist də eyni mövqedə olub.

Bu yaxınlarda Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan əcnəbi jurnalistlər - Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanya),Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) geri döndükdən sonra hazırladıqları materiallarla məni bir daha təsdiqlədilər.

 

***********************************************

 

Düz 30 il idi ki, dünyanın gözü qarşısında Cənubi Qafqazda bir  milyondan çox insan köçkün həyatı yaşayırdı.

Hər gün öz dogma yurd-yuvasının xiffəti ilə neçə-neçə yaşlı insan dünyasını dəyişirdi.

Hələ bu azmış kimi, cəbhə bölgələrində əkin-biçinlə məşğul olan kəndlilər, oyuncağı ilə oynayan uşaqlar atılan raketlərlə qətl edilirdi.

Atəşkəs olsa da, əsgərlər hər gün qarşı tərəfin hücümuna məruz qalır, hər gün Şəhid olurdu.

Bu insani cinayətləri Rusiya, Fransa və İranın dəstəyi ilə Ermənistan Azərbaycana qarşı törədirdi.

Dur, deyən yox idi Ermənistana. Azərbaycana isə öz torpaqlarını işğaldan azad etmək fürsəti verilmirdi.

Dünya “az keçməz, hər şey unudular, Azərbaycan torpaqlarını geri istəməz” kimi sərsəm düşüncədə idi. Bu səbəbdən də Qarabağ probleminin həlli uzadılırdı.

Vecsizləşmiş ölkələr, hörmətsiz, mənəviyyatsız beynəlxalq təşkilatlar bir  milyondan çox insanın köçkün halına dişlərini ağardırdı.

 

*********************************************

 

Bütün bunlar bir nağıl deyil, 30 il Azərbaycanın və azərbaycanlıların yaşadığı gerçəkliklərdir.

Düz 30 il idi ki, sanki Allah da bu bölgədə yatmışdı. Yatmasaydı, bu zülmlər necə baş verərdi ki…

Xalqlar da fərd kimiymiş, onların da taleyi olurmuş. İnsan dünyaya gəldiyi zaman atasını, anasını, qardaşını, bacısını, milliyyətini seçmək imkanında olmadığı kimi, xalq da yaşadığı coğrafiyanı, qonşusunu seçmək imkanında olmur. Yoxsa, ermənilərlə hansı millət qonşu olmaq istəyər ki...

Bu forpost ölkənin sakinləri bütün qonşularına, Türkiyə, Gürcüstan, İran (Hər zaman Ermənistana dəstək verməsinə baxmayaraq – E.E) və Azərbaycana qarşı hələ də ərazi iddiasındadır.

Ermənilərin tarixinə, keçdikləri yola baxırsan, bunlar  bu dünyaya qan tökməyə, zülmlər etməyə, evlər dağıtmağa, insan öldürməyə gəliblər.

 

********************************************

 

Nəhayət, 27 sentyabr 2020-ci il...

Hər gün Azərbaycanı atəşə məruz qoyan Ermənistan bu dəfə yeni torpaqlar  işğal etmək üçün bütün istiqamətlərdən hücuma keçdi. Bu hücum həm də Azərbaycanın birdəfəlik Qarabağdan imtina etməsinə hesablanmışdı.

Bütün bunlar dünyanın göz qarşısında baş verirdi.

Problemin sülh yolu ilə həllini üstün tutan Azərbaycana bu dəfə hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməkdən başqa yol saxlanılmadı.

Beləliklə, sentyabrın 27-də Azərbaycan məcburən müharibəyə cəlb edildi.

Həmin gün başlayan Vətən Müharibəsi 44 gün sürdü və Azərbaycan işğal altında olan torpaqlarını azad etdi.

Bu dəfə də bütün dünya yeni erməni vəhşiliyinin şahidi oldu.

Azərbaycan torpaqlarında süni məskunlaşdırılıan ermənilər bu əraziləri tərk edərkən 30 il yaşadıqları azərbaycanlı evlərinə od vurdular. 30 il yaşadıqlarının haqqını belə ödədilər. Həyətdəki meyvə ağaclarını, meşələrədəki ağacları kökündən çıxardılar.

Vaxtilə azərbaycanlılardan qalan ev heyvanlarını, hətta özlərinin becərdikləri heyvanları  güllələdilər.

Təsəvvür edirsinizmi, iğladan azad edilən Qarabağın gerçək mənzərəsini: yanmış, dağıdılmış  evlər, o evlərin həyətində güllələnən ev heyvanları, kökündən çıxarılmış meyvə ağacları.

 

*********************************************

 

Həmişə olduğu kimi bu dəfə də araya Rusiya girdi. Ermənistanı ölümdən xilas etdi.

Amma dünya dəyişir. Türkiyə yalnız regionun deyil, dünyanın söz sahibinə çevrilir.

Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Bura nə Avropa, nə Asiya, nə də Şərqdir.

44 günlük savaş dövründə oğlu şəhid olan ana “Mən də ön xəttə gedirəm. Gedib əsgər balalarıma yemək bişirəcəm, paltarlarını yuyacam, qoy, torpaqlarımızı tez azad etsinlər” dedi.

Şəhid xanımı ərinin tabutunu öz çiynində məzara apardı, onun paltarını geyindi, “Mən də cəbhəyə gedib vuruşacam” dedi.

Şəhid qardaşı qəbiristanlıqdan birbaşa savaşa getdi. “Mən də gedib vuruşmalıyam ki, qardaşımın yeri boş qalmasın” dedi.

Şəhid övladı “Mən böyüyəndə atam kimi əsgər olacam, torpaqlarımızı düşmənə verməyəcəm” dedi.

Azərbaycan Cənubi Qafqazdır. Buranın öz qayda-qanunları var.

Bəli, 30 il idi ki, bölgədə yatan Allah da indi oyanıb.

Bunu Ermənistan da, onu müdafiə edənlər də anlasın. Əkdiyini bir gün biçirsən, sadəcə bir az tez, bir az gec.

 

*******************************************************

 

Bu gün Qarabağ azaddır. Qarabağ öz sahiblərindədir.

Azərbaycan xalqı azad olunmuş Qarabağda daha gözəl evlər tikəcək, daha gözəl ağaclar əkəcək. Qarabağ dünyanın cənnəti olacaq.

Mən isə bu ilin yazında GLOBAL JOURNALİSM COUNCİLin növbəti toplantılarından birinin Şuşada, Xankəndidə, Kəlbəcərdə keçirilməsini təklif edirəm. Xankəndidə Media Mərkəzi açacağıq.

Qarabağda sizi gözləyirəm, jurnalist dostlar!

 

Məqalənin orijinalını aşağıdakı linkdən oxuya bilərsiniz

//www.kgk.org.tr/e-dergi/

 

Elşad EYVAZLI

GLOBAL JOURNALİSM COUNCİL

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır