Modern.az

İslam Konfransı Təşkilatı Ermənistanı bir daha işğalçı elan etdi

İslam Konfransı Təşkilatı Ermənistanı bir daha işğalçı elan etdi

Təhsil

28 Yanvar 2010, 17:09

Xəbər verildiyi kimi, Uqandanın paytaxtı Kambala şəhərində keçirilən İslam Konfransı Təşkilatı Parlamentinin növbəti sesiyasında iştirak etmək üçün Azərbaycandan millət vəkilləri VHP sədri Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə artıq yanvarın 24-dən bu ölkədə səfərdədirlər.

 

Modern.az VHP-nin mətbuat xidmətinə istinadən bildirir ki, Sabir Rüstəmxanlının Kambala şəhərindən verdiyi məlumata görə, İKT Parlamentinin Siyasi və İqtisadiyyat Komitəsinin 2 gün davam edən iclasında Azərbaycanlı millət vəkilləri ölkəmizlə bağlı iki qətnamə qəbuluna nail olublar: 1) Dağlıq Qarabağın Ermənistan respublikası tərəfindən işğalı; 2) İslam Konfransı gənclər təşkilatının işi və Xocalı Soyqırımının bütün dünyada tanıtdırılması.

 

S.Rüstəmxanlının verdiyi məlumata görə, qətnamələrin İKT-nın 6-cı sesiyasında qəbul olunması yönündə işlər aparmaq niyyətiylə Azərbaycan nümayəndə heyəti İKT-yə daxil olan digər ölkələrin nümayəndə heyətləri, parlament sədrləriylə görüşlər keçiriblər. Həmçinin İslam Konfransı Təşkilatı Parlamentinin sədri Mahmud Qılıcla bir neçə görüş keçirilib. Sabir Rüstəmxanlı deyib ki, İKT-nin yanvarın 30-31-də keçiriləcək 6-cı sessiyasında Siyasi və İqtisadiyyat komitəsinin qəbul etdiyi hər iki sənədin müzakirəsinə hazırlaşırlar.

Hazırda Azərbaycan nümayəndə heyəti görüşləri davam edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır