Modern.az

Fuad Muradov İspaniya radiosuna müsahibə verib

Fuad Muradov İspaniya radiosuna müsahibə verib

Diaspor

11 Yanvar 2021, 10:31

İspaniyanın “COPE Espanya” radiosu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsini yayımlayıb.

 

Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, müsahibə zamanı Azərbaycan diaspor sisteminin yaradılma mexanizminə aydınlıq gətirilib, dünyanın 50-dən çox ölkəsində yaşayan və fəaliyyət göstərən soydaşlarımız və diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri, diaspor gənclərinin Yay Düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunması barədə ətraflı məlumat verilib.

 

COVID-19 pandemiyası, Ermənistanın Tovuz təxribatları və ölkəmizin Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə suallar Komitə sədri tərəfindən ətraflı cavablandırılıb.

 

Müsahibə bu linkdə: //www.cope.es/emisoras/cataluna/barcelona-provincia/barcelona/migdia-cope-catalunya-i-andorra/audios/enfrentamiento-belico-azerbaiyan-armenia-este-verano-nunca-tuvo-origen-religioso-20201231_1318669

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır