Modern.az

Şəhidlər qarşısınada əhd etdi - Beyləqandan Bakıya ayaqyalın gəldi - FOTOLAR

Şəhidlər qarşısınada əhd etdi - Beyləqandan Bakıya ayaqyalın gəldi - FOTOLAR

Hadisə

11 Yanvar 2021, 10:40

“Mil-Beyləqan” Futbol Klubunun kapitanı Kamal Qasımov Vətən müharibənin ilk günündən son gününə kimi əsgərlərə yardım edib. Kamal Qasımov müharibə zamanı şəhidlərin ruhu qarşısında əhd edib ki, torpaqlarımız azad olunsun, bir ovuc torpaq götürüb yaşadığı Beyləqan rayonundan Bakıya - Şəhidlər Xiyabanına qədər ayaqyalın, piyada yol gedəcək. Və həmin bir ovuc torpağı şəhidlərin məzarına səpəcək ki, ruhları şad olsun.

 

Kamal Qasımov Modern.az saytının əməkdaşına deyib ki, əhdinə sadiq qalaraq artıq piyada yola çıxıb:

 

“Vətən müharibəsinin başladığını eşidən zaman könüllü olaraq cəbhəyə yollandım. Çox ağır günlər idi, əsgərlərimizə yardım edirdim. Şəhidlərimizi döyüş zonasından çıxaranda onlar qarşısında əhd etdim ki, Beyləqanın Şəhidlər xiyabanından Bakıdakı Şəhidlər xiyabanına ayaqyalın gedəcəm. Şükürlər olsun ki, Qələbə qazandıq, şəhidlərimizin qanı yerdə qalmadı.

 

Əhdimə sadiq qalaraq, yanvarın 7-si səhər saat 9-dan yola çıxdım. 3 gün gecə-gündüz yol getdim və bu gün Bakıya çatdım.

 

Ayaqlarımda problem olduğu üçün Bakıda özümə bir gün istirahət verdim. Növbəti arzum Sumqayıt şəhidlər Xiyabanından Polal Həşimovun ailəsini ziyarətə getməkdir.

 

Onu demək istəyirəm ki, hər kəs bilsin ki, Xocalı faciəsinin qisası bu müharibə ilə alındı. Yoxsa ki, adamın ürəyi partlayırdı. Vətən müharibəsi dövründə hamının bir niyyəti var idi, torpaqları azad etmək. Buna da nail olduq”.


Fidan İlqarqızı 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!