Modern.az

Qulamhüseyn Əlibəyli yenidən partiya sədri seçildi

Qulamhüseyn Əlibəyli yenidən partiya sədri seçildi

Hadisə

11 Yanvar 2021, 11:48

Yanvarın 10-da Aydınlar Partiyasının videokonfrans formatında növbəti qurultayı keçirilib.



Modern.az xəbər verir ki, qurultayda partiyanın fəaliyyəti haqqında sədr Qulamhüseyn Əlibəylinin məruzəsi dinlənilib. Müzakirələrdə partiya sədrinin birinci müavini Qorxmaz İbrahimli, təşkilat məsələləri üzrə müavini Xanoğlan Əhmədov, siyasi məsələlər üzrə müavini Fuad Məmmədov, Nəzarət Təftiş Komissiyasının sədri Ramiz Nəcəfli, Abşeron rayon təşkilatının sədri Araz Kazımlı, Şamaxı rayon təşkilatının sədri Ədalət Sübhanverdiyev, Masallı təşkilatının sədri Arif İbrahimli, Gədəbəy rayon təşkilatının sədri Vaqif Quliyev və digər qurultay nümayəndələri çıxış ediblər.

 

Müzakirələrin sonunda hesabat dövründə partiyanın mərkəzi orqanlarının fəaliyyəti qənaətbəxş hesab olunub. Partiyanın təşkilati strukturlarının möhkəmləndirilməsi, mərkəzi orqanların fəaliyyətinin daha da gücləndirilməsi tövsiyə edilib.

 

Açıq səsvermə yolu ilə Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib. Partiyanın Ali Məclisinin tərkibi təsdiq olunub və Nəzarət Təftiş Komissiyası yaradılıb.

 

Qurultaydan sonra Aydınlar Partiyası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib.


Ramiz Nəcəfli Ali Məclisin sədri, Əfqan Əsədov sədrin müavini, Arzu Əbdülova Ali Məclisin katibi seçilib.


Partiya sədrinin təqdimatına əsasən Qorxmaz İbrahimli Aydınlar Partiyası sədrinin birinci müavini, Fuad Məmmədov siyasi məsələlər üzrə müavini, Xanoğlan Əhmədov təşkilat məsələləri üzrə müavini, Qadir İbrahimli iqtisadi məsələlər üzrə müavini, Afaq Quliyeva partiyanın Qadınlar Şurasının sədri, Selcan Araz Gənclər Komitəsinin sədri təyin edilib, partiyanın Siyasi Şurası formalaşdırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir