Modern.az

Azərbaycanda yoluxma kəskin azaldı - 17 nəfər öldü

Azərbaycanda yoluxma kəskin azaldı - 17 nəfər öldü

11 Yanvar 2021, 18:23

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Moderb.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 224827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209522 nəfər müalicə olunaraq sağalıb, 2926 nəfər vəfat edib, aktiv xəstə sayı 12379 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4086 hazırkı dövrədək isə 2272009 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi