Modern.az

Bakı Qaz İstismar İdarəsi ləğv edildi

Bakı Qaz İstismar İdarəsi ləğv edildi

Təhsil

28 Yanvar 2010, 20:32

Azərbaycan Respublikası Prezidentinin “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 01.07.2009-cu il tarixli Sərəncamı ilə “Azəriqaz” QSC ARDNŞ-nin tabeçiliyinə verildikdən sonra bu qurumun idarə olunması işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində kompleks tədbirlər işlənib həyata keçirilib.
Modern.az xəbər verir ki, ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə, “Azəriqaz” İB-nin idarəçilik sistemində paralelliyin aradan qaldırılması, bu sistemin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. "Təcrübə göstərir ki, qərarların verilməsində ləngimələr qazın qəbulu və nəqli zamanı itkilərin yaranmasına, istehlakçıların qazla fasiləsiz və təhlükəsiz təmin olunmasında müəyyən çətinliklərə səbəb olur. Bundan əlavə, baş verən qəza halları barədə məlumatların rayon qaz istismar sahələrindən Bakı şəhəri Qaz İstismarı İdarəsinin “Mərkəzi qəza dispetçer xidməti”nə və “Azəriqaz” İB-nə pilləli şəkildə ötürülməsi problemlərin operativ həllini ləngidir. Bütün bunlar nəzərə alınaraq, indiyədək ARDNŞ-nin “Azəriqaz” İB tərəfindən idarəetmə mexanizminin gücləndirilməsi, yeni yaşayış massivlərinin qazlaşdırılması və qaz sayğaclarının quraşdırılması işlərinin effektivliyinin artırılması, habelə kommersiya prosesinə nəzarətin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi, əsaslı təmir-tikinti işləri üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı qarşıya çıxan məsələlərin operativ həll edilməsi məqsədləri ilə Bakı şəhəri Qaz İstismarı İdarəsinin İdarəetmə aparatında, onun yerli strukturlarında fəaliyyət göstərən müvafiq bölmələr ləğv edilərək, daha çevik qurumlarla əvəzlənib. Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində fəaliyyət bu gün də davam edir. ARDNŞ prezidentinin 26 yanvar 2010-cu il tarixli əmri ilə Bakı şəhər Qaz İstismar İdarəsinin ləğv edilməsi bu istiqamətdə atılmış daha bir addımdır. Əmrə əsasən, Bakı şəhəri Qaz İstismarı İdarəsinin tərkibində fəaliyyət göstərən rayon Qaz İstismar Sahələri və Abşeron rayon Qaz İstismar Sahəsi hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi “Azəriqaz” İB-nin birbaşa tabeliyinə verilib. Bu, Birliyin strukturunda çoxpilləli idarəçilik sisteminin aradan qaldırılmasında və strukturun daha çevik idarə olunmasında müsbət irəliləyişə səbəb olacaq"-deyə ARDNŞ-dən verilən məlumatda bildirilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir