Modern.az

Amerika Senatı İrana qarşı yeni sanksiyalar tətbiq edir

Amerika Senatı İrana qarşı yeni sanksiyalar tətbiq edir

29 Yanvar 2010, 09:31

ABŞ Senatı  prezident Barak Obamaya İranın neft tədarükçülərinə qarşı sanksiyaların tətbiq edilməsinə icazə verən qanun layihəsini bəyənib. Modern.az qərb mətbuatına istinadən xəbər verir ki, sanksiyalar İranın bir sıra liderlərinə də təzyiqləri nəzərdə tutur. Qanun layihəsi nüvə proqramından əl çəkməsi üçün Tehrana təzyiq etmək məqsədi güdür.

Sanksiyalar İrana neft  sənayesi məhsulları və yanacaq ixrac edən şirkətlərə qarşı da tətbiq oluna bilər. Qadağalar İranın nəqliyyat sektoruna da təsir edəcək.

Senatın qərarı İrana neft məhsulları ixrac edən şirkətlərin əl–qolunu bağlayacaq və onların Amerika maliyyə institutlarından kreditlər və digər yardımların əldə etməsini çətinləşdirəcək.  Qadağalar İranın kreditlər əldə etmək cəhdlərini məhdudlaşdırmağa imkan yaradır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir