Modern.az

Azərbaycanda 105 yaşlı kişi koronavirusdan SAĞALDI

Azərbaycanda 105 yaşlı kişi koronavirusdan SAĞALDI

15 Yanvar 2021, 16:00

Azərbaycanda 105 yaşlı şəxs COVID-19-dan sağalıb. Modern.az-ın əldə etdiyi məlumata görə, bu şəxs 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. O, Bakı şəhərində yaşayır.

H.İbrahimov həm də İkinci Dünya Müharibəsinin veteranıdır. O, II Qarabağ müharibəsi zamanı orduya dəstək məqsədilə 2 aylıq pensiyasını (yeddi yüz manat) Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir