Modern.az

Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA

Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA

15 Yanvar 2021, 17:52

Sosial şəbəkələrdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin İdarə Heyətinin sədri Ramin Bayramlının peyvənd olunarkən çəkilmiş fotosu yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun COVID-19 vaksini vurdurduğunu iddia ediblər.

Məsələ ilə bağlı TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramin Bayramlı hələlik COVID-19 virusuna qarşı peyvənd olunmayıb:

"Çünki ölkə üzrə peyvəndləməyə hələ gələn həftədən başlanacaq. Yayılmış foto isə qripə qarşı vaksin vurularkən çəkilib".

Ölkəmizdə qripə qarşı vaksinasiyanın tətbiqinə 2020-ci il oktyabrın 12-dən xüsusi ayrılmış tibb müəssisələrində başlanılıb. Proses bir ay müddətində davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir