Modern.az

Yanvarın 25-dən bu iş yerləri AÇILIR

Yanvarın 25-dən bu iş yerləri AÇILIR

Hadisə

16 Yanvar 2021, 10:59

Operativ Qərargah fəaliyyət göstərəcək iş yerlərinin siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

 

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

 

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

 

● muzey və sərgi zallarının fəaliyyəti;

 

● şəhərlərarası və rayonlararası hərəkət. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!