Modern.az

Azərbaycanda yoluxma və ölüm ARTDI

Azərbaycanda yoluxma və ölüm ARTDI

Hadisə

16 Yanvar 2021, 17:14

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 226951 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 214423 nəfər müalicə olunaraq sağalıb, 2998 nəfər vəfat edib, aktiv xəstə sayı 9530 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8574 hazırkı dövrədək isə 2311417 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür