Modern.az

Azərbaycanda koronavirus peyvəndləri birinci onlara VURULACAQ

Azərbaycanda koronavirus peyvəndləri birinci onlara VURULACAQ

18 Yanvar 2021, 09:49

Bu gündən Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə peyvəndləmə başlanır.

 

TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, COVID-19 vaksini ilkin olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı, Səhiyyə naziri Oqtay Şirəliyev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevə vurulacaq.

 

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.

 

Peyvəndləmə aşağıdakı ardıcıllıqla aparılacaq:

 

1-ci mərhələdə - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;


2-ci mərhələdə - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi