Modern.az

"Ağır cinayətlər törətmiş 436 qrup, 24 mütəşəkkil dəstə zərərsizləşdirilib"

 "Ağır cinayətlər törətmiş 436 qrup, 24 mütəşəkkil dəstə zərərsizləşdirilib"

Ölkə

29 Yanvar 2010, 13:42

st1:*{behavior:url(#ieooui) }

Yanvarın 29-da Daxili İşlər Nazirliyində respublika daxili işlər orqanlarının ötən il cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Kollegiya iclasını daxili işlər naziri, general-polkovnik Ramil Usubov açıb və ilin yekunları ilə bağlı məruzə edib. O, deyib ki,ötən il bütün subyektlər üzrə 22830 cinayət qeydə alınıb ki, onların 96 faizi, yəni 21909-u daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllərdir.  Təsnifat baxımından bu  cinayətlərin 88,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətlərin strukturunda qəsdən adam öldürmə 2,4, soyğunçuluq 4,1, quldurluq 8,9, hədə-qorxu ilə tələb etmə 48, avtonəqliyyat vasitələrinin oğurlanması 13,6, avtonəqliyyatın qaçırılması 9,2 faiz azalıb. Adamları girov götürmə və banditizm cinayətləri isə, ümumiyyətlə, baş verməyib. Bütövlükdə 21 şəhər və rayonda, habelə Naxçıvan Muxtar Respublikasında cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır növlərinin sayı azalıb. Nazir deyib ki, hesabat dövründə bütün subyektlər üzrə cinayətlərin açılması 87,7  faiz təşkil edib, 2008-ci illə müqayisədə isə daha 1.718 fakt çox cinayətin açılması təmin olunub. Ağır və xüsusilə ağır cinayətlərin açılma göstəriciləri 4,5,  o cümlədən qəsdən adam öldürmələr 2,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,6, quldurluqlar 12,5, hədə-qorxu ilə tələb etmələr 6,8 faiz yaxşılaşıb. Xidməti fəaliyyətin önəmli məqamlarından biri də prokurorluq orqanları ilə birgə son iyirmi ildə bağlı qalmış 376, o cümlədən 113 ağır və xüsusilə ağır cinayətin, onların içində 10 qəsdən adam öldürmənin, 34 quldurluq və soyğunçuluğun, 123 oğurluğun və digər cinayətlərin açılmasıdır. Ötən il 200 cinayət, o cümlədən 20 qəsdən adam öldürmə və 2 qəsdən adamöldürməyə cəhd, 26 qəsdən sağlamlığa ağır zərər vurma, 8 quldurluq, 8 soyğunçuluq, 9 oğurluq, 113 nəqliyyat vasitəsinin qaçırılması faktları “isti izlərlə” açılaraq onları törədənlər qısa müddətdə yaxalanıb. Ramil Usubov bildirib ki, 2009-cu ildə “102” xidmətinə daxil olmuş məlumatlar əsasında bütövlükdə 125 cinayət, o cümlədən hərəsi 10 fakt olmaqla qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma, 4 quldurluq, 8 soyğunçuluq, 63 xuliqanlıq, 23 oğurluq, 7 nəqliyyat vasitəsinin qaçırılması faktları açılıbş, habelə məişət zəminində baş vermiş 1623 hüquqpozmanın qarşısı alınıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanlarından istifadə edilməklə  həmçinin yol hərəkəti qaydaları əleyhinə olan 6000-ə yaxın inzibati xəta müəyyən edilib. Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək müxtəlif cinayətlərə görə 15217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, habelə yerli və dövlətlərarası axtarışda olan 2441, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub. İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilib. Ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, zorlama faktlarına görə axtarılanların tutulmasında nəzərəçarpacaq nəticələr müşahidə olunub, axtarış işinin göstəricisi bütövlükdə 66,5 faiz təşkil edib. Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə işi də sistemli xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup, habelə 141 nəfərdən ibarət 24 mütəşəkkil dəstə zərərsizləşdirilib. Qanunsuz saxlanılan 1.115 odlu silah və 166 mindən çox patron götürülüb, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 72 fakt olmaqla 2008-ci illə müqayisədə sabit qalıb. İqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı davamlı şəkildə aparılan mübarizə nəticəsində saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma cinayətləri ilə əlaqədar aşkarlanmış 16 fakt üzrə qeyri-leqal dövriyyədən ümumi məbləği 194 min manat təşkil edən 2.107 ədəd saxta əskinas çıxarılıb.

st1:*{behavior:url(#ieooui) }

Məhkəmə məsuliyyətinə cəlb edilib, habelə yerli və dövlətlərarası axtarışda olan 2441, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub. İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilib. Ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, zorlama faktlarına görə axtarılanların tutulmasında nəzərəçarpacaq nəticələr müşahidə olunub, axtarış işinin göstəricisi bütövlükdə 66,5 faiz təşkil edib. Ramil Usubov deyib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 2008-ci illə müqayisədə 372 kiloqram çox, yəni 1 ton 23 kiloqram narkotik vasitə götürülüb, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. 2008-ci illə müqayisədə narkotiklərin satışı ilə bağlı cinayətlərin aşkarlanması 12,6 faiz yaxşılaşmış, habelə  400 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. Daxili işlər orqanlarının keçirdiyi “Xaş-xaş-2009” şərti adlı kompleks əməliyyat-profilaktik tədbirləri ilə ümumi çəkisi 453 tondan artıq narkotik tərkibli bitki aşkarlanaraq yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlər də müsbət nəticələnib. Ötən il 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunub, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilib. Həmçinin ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı qeydə alınmış 245 fakt üzrə məsuliyyətə 205 nəfər cəlb olunub. O da qeyd edilib ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, bu sahədə problem və çatışmazlıqların aradan qaldırılması, dövlət yol polisi qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi işi də diqqət mərkəzində saxlanılıb, 2008-ci illə müqayisədə, ötən il respublikada avtomobillərin sayının 75 mindən çox artması fonunda qeydə alınıb, yol-nəqliyyat hadisələrinin sayı 6, qəzalarda ölənlərin sayı 11,6, yaralananların sayı 5,8 faiz azalıb. Nazirliyin rəhbərliyi, Baş İdarə və İdarə rəisləri tərəfindən 3600-ə yaxın vətəndaş qəbul edilib, onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində həll olunub. Eyni zamanda, elektron poçt ünvanına daxil olan 1.802 müraciət qeydə alınaraq öyrənilib və mümkün qısa müddətdə rəsmi cavablandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir