Modern.az

Mingəçevirdə yol qəzası - xəsarət alan var

Mingəçevirdə yol qəzası - xəsarət alan var

19 Yanvar 2021, 00:52

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində - Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, idarəetmədən çıxan “VAZ” markalı avtomobil işıq dirəyinə çırpılıb. 

 

Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...