Modern.az

ÜST Çini koronavirusu gizlətməkdə ittiham etdi

ÜST Çini koronavirusu gizlətməkdə ittiham etdi

Dünya

19 Yanvar 2021, 01:08

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlığın və Reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusa yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görə bilərdi.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Daily Mirror” yazıb.

 

Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına ilk günlərdə gizlədilməsi səbəb oldu.

 

ÜST-də bildiriblər ki, Çində "erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı".

 

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı