Modern.az

COVID-19-dan sağalan hər səkkizinci şəxs 140 gün ərzində ölür

COVID-19-dan sağalan hər səkkizinci şəxs 140 gün ərzində ölür

Aktual

19 Yanvar 2021, 02:19

Koronavirusdan sağalan hər səkkiz nəfərdən biri 140 gün ərzində müxtəlif fəsadlar nəticəsində vəfat edir.

Bu tədqiqat müalicə alaraq COVID-19-dan sağalmış insanlar üçün yeni təhlükələrdən  xəbər verir.

Üstəlik, sağalmış xəstələrin üçdə biri beş ay ərzində yenidən xəstəxanaya yerləşdirilir.

 

Modern.az xəbər verir ki, İngiltərənin Lester Universiteti və Milli Statistika İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun ilk dalğasında müalicə olunaraq evə buraxılan 47 780 nəfərin 29 faizi yenidən xəstələnərək xəstəxanaya dönüb, onların 12,3 faizi isə vəfat edib.

 

“Daily Mail”in yazdığına görə, koronavirusun dağıdıcı, uzunmüddətli təsiri bir çox sağalan insanlarda ürək problemi, diabet, xroniki qaraciyər və böyrək xəstəliklərinə səbəb ola bilər.

 

İddianın müəllifi, Lester Universitetinin diabet və damar müalicəsi professoru Kamleş Khunti “The Telegraph” nəşrinə verdiyi açıqlamada bildirib ki, bu araşdırma COVID-19-dan müalicə alaraq evə buraxılan xəstələr arasında aparılan ən böyük tədqiqatdır.

“İnsanlar evlərinə gedir, bir müddət sonra geri dönür və ölürlər. Görürük ki, təxminən 30 faiz yenidən xəstəxanaya yerləşdirilir, bu, olduqca böyük rəqəmdir”, - deyə professor qeyd edib.

 

Qeyd olunur ki, tədqiqat hələ resenziyadan keçməyib və həyəcanlı statistika ilkin məlumatlara əsaslanır. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi