Modern.az

Alimlər 5G ilə koronavirus arasında əlaqə barədə araşdırma apardılar

Alimlər 5G ilə koronavirus arasında əlaqə barədə araşdırma apardılar

19 Yanvar 2021, 08:53

"Deloitte" Beynəlxalq Konsaltinq şirkəti beşinci nəsil rabitə şəbəkələri ilə (5G) koronavirus infeksiyalarının sayının artması arasında mümkün əlaqə barədə araşdırma aparıb.

 

Modern.az bildirir ki, nəticədə, COVID-19-un 5G texnologiyası ilə yayıldığı iddia edilən nəzəriyyə mif sayılıb.

 

"Bu mümkün deyil. COVID-19 - virusdur və hava-damcı yolu ilə insandan insana ötürülür. Viruslar radio dalğaları vasitəsilə yayıla bilməz", - deyə araşdırma müəllifləri bildiriblər.

 

Mütəxəssislər 5G-nin insanların immunitet sistemini zəiflədə biləcəyinə dair müzakirələrin də həqiqətə uyğun olmadığını vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?