Modern.az

Mühacirlər karvanı ABŞ-a tərəf irəliləyir

Mühacirlər karvanı ABŞ-a tərəf irəliləyir

19 Yanvar 2021, 08:59

Hondurasdan olan mühacirlər təşkilatlanmış kolonlarla Qvatemaladan keçərək, ABŞ-a daxil olmaq üçün irəliləyirlər. Minlərlə insan ABŞ-ın yeni prezidenti Co Baydendən mühacirət siyasətini yumşaldacağını gözləyərək, ölkələrini tərk ediblər. Bu, Baydenin seçkiqabağı verdiyi vədlərdən biridir.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvatemalada hərbçilər və polislər mühacirlər karvanının qarşısını almağa çalışıblar. Hüquq mühafizəçiləri gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Təxminən min nəfər Qondurasa təhvil verilib. Qvatemala sərhədini ümumilikdə 9 minə yaxın mühacir keçib. Polisin müdaxiləsindən sonra qaçqınlar Meksikaya tərəf hərəkət etmək istəyiblər. Mühacirlər ABŞ-da məskunlaşmağa və iş tapmağa ümid edirlər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!