Modern.az

AMEA institutlarında yeni rəhbər vəzifələr yaradıldı

AMEA institutlarında yeni rəhbər vəzifələr yaradıldı

19 Yanvar 2021, 09:30

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.

 

Modern.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.

 

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib:

 

“Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir