Modern.az

Neftçilər hava şəraitinə görə təxliyə olunacaq? - SOCAR-dan AÇIQLAMA

Neftçilər hava şəraitinə görə təxliyə olunacaq? - SOCAR-dan AÇIQLAMA

19 Yanvar 2021, 09:52

“Hava proqnozu ilə bağlı edilən xəbərdarlıqda küləyin sürətinin çox olmayacağı səbəbindən neftçilərin təxliyəsi nəzərdə tutulmur”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəsi müavini İbrahim Əhmədov bildirib.

 

İ.Əhmədovun sözlərinə görə, bununla belə, təhlükəsizlik tədbirləri gücləndirilib:

“Müşahidə və monitorinqlər aparılır. Amma bizə daxil olan məlumata görə küləyin sürəti o qədər də çox olmayacağına görə, neftçilərin təxliyəsi nəzərdə tutulmur”.

 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!