Modern.az

Gözlənilən layihəyə start verildi - FOTO

Gözlənilən layihəyə start verildi - FOTO

Aktual

19 Yanvar 2021, 10:14

Speak Glocal platforması Qarabağ məktəblərində çox gözlənilən layihəyə yanvar ayında start verdi.

 

Modern.az xəbər verir ki, bu layihə çərçivəsində Qarabağ məktəblərində tədris edən əlli (50) ingilis dili müəlliminin online tədris metodikası üzrə peşəkar səviyyələri təkmilləşdirilir.  

 

Sözügedən layihəyə ABŞ-ın Azərbaycandakı səfirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfdaşlıq edir .

 

ABŞ səfirliyinin Mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkham "ingilis dilinin yeni üfüqlər açdığını və müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq imkanını yaratdığına görə  parlaq gələcəyin açarı" olduğunu qeyd etmişdir.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva  müəllimləri həvəsləndirməyin vacibliyi qeyd etmişdir. "Müəllimin peşəkarlıq səviyyəsinə sərmayə yatıranda  dərhal onun motivasiyasina təsir edir...Bir xalqı, bir mədəniyyəti, bir cəmiyyəti tanımaq, ona yaxın olmaq, onunla dialoq qura bilmək üçün ilk yol, onun dilindən keçir"-deyə xanım Mehdiyeva vurğulamışdır.

 

Qarabağın maarifçilik ənənələri dillərimizə dastandır. Biz Xurşudbanu Natəvan, Həmidə xanım Cavanşir, Üzeyir bəyin çırağında aydınlanmışıq.

 

Bu yolu davam etmək üçün, Speak Glocal Qarabağın dirçəlişinə öz tövhəsini verərək  bu layihəni Qarabağ məktəblərində  keçirir.

 

Layihə dörd ay davam edəcək.  İştirakçı müəllimlər xarici peşəkarların dəstəyi ilə  onlayn  dərslərin daha effektiv tədrisi üçün müxtəlif rəqəmsal vasitələrlə şagirdlərin həvəsləndirilməsi, yaradıcılıq, təxəyyülün inkişafı, komanda  işi kimi bacarıqların inkişafı kimi vacib vərdişləri inkişaf etdirəcəklər.

 

Qeyd edək ki, Speak Glocal platforması artıq Azərbaycanda 6 ildir ki fəaliyyət göstərən və 10.000 artıq qadın üçün 500-dən çox təlim, 40 kurs və layihə keçirən "WoWoman" komandası tərəfindən yaradılıb.

 

 Qarabağ Azərbaycandır!

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir