Sabah andiçmə mərasimi keçiriləcək ABŞ lideri Co Bayden miqrasiya sahəsində qanunvericliyi yumşaldacaq.
Modern.az xəbər verir ki, o, səlahiyyətlərinin icrasına başlamasından 1 gün sonra geniş islahat proqramı təqdim edəcək.
Belə ki, ölkədə qeyri-leqal vəziyyətə yaşayan və işləyən miqrantlara 8 il ərzində vətəndaşlığın verilməsi planlaşdırılır. Həmin miqrantların sayının 10-12 milyon arasında olduğu xəbər verilir.
Bundan başqa, qaçqınlar üçün kvotanın artırılması da nəzərdə tutulur.