Modern.az

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

19 Yanvar 2021, 11:30

2021-ci il yanvar ayının 18-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


  
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb:

 

"Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib".

 

Rəsmi məlumata görə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb:

 

"Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir