Modern.az

Azərbaycanda daha 305 nəfər yoluxdu - 10 nəfər öldü

Azərbaycanda daha 305 nəfər yoluxdu - 10 nəfər öldü

Hadisə

19 Yanvar 2021, 15:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 227696 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 216720 nəfər müalicə olunaraq sağalıb, 3032 nəfər vəfat edib, aktiv xəstə sayı 7944 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6915 hazırkı dövrədək isə 2328507 test aparılıb 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir