Modern.az

Şuşa televiziyası nə vaxt açılacaq? - Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi

Şuşa televiziyası nə vaxt açılacaq? - Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi

Media

19 Yanvar 2021, 16:20

Şuşa televiziyasının bərpası və fəaliyyəti elə Şuşada həyata keçiriləcək.


Bu barədə Modern.az-a Şuşa Şəhər İcra Hakimiyyətindən məlumat verilib.  İcra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva əməkdaşımızın sorğusuna cavab olaraq bildirib ki, televiziyanın Şuşada fəaliyyətə başlaması üçün müvafiq infrastruktur təmin edilməlidir:

““Şuşa TV”nin yerləşəcəyi bina və ümumilikdə şəhərin tam olaraq işıq, su, internet, telefon xətləri və s. ilə təminatı vacibdir. Hələlik bu təminat Şuşanın müəyyən hissələrində aparılıb, şəhəri tam əhatə etmədiyindən belə planların həyata keçirilməsi tezdir. Televiziyanın açılışına imkan yaradıldıqda, bu,  mümkün olacaq”.


V.Fətəliyeva Prezidentin işğaldan azad edilmiş ərazilərdə nümayəndəliklərin təsis edilməsi haqqında fərmanını xatırladıb. O qeyd edib ki, fərmandan irəli gələn məsələlər yaxın günlərdə dəqiqləşdiriləcək və prosesə başlanacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır