Modern.az

Koçaryanın məhkəməsində Şuşa mübahisəsi: “Necə yəni satmışam?”

Koçaryanın məhkəməsində Şuşa mübahisəsi: “Necə yəni satmışam?”

Dünya

19 Yanvar 2021, 17:54

Ermənistanın eks-prezidenti Robert Koçaryanın məhkəməsi davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün keçirilən prosesdə eks-prezidentin müdafiəsi prokuror Qeqam Baqdasaryanın ittihamçı səalhiyyətlərinin ləğv olunmasını tələb ediblər.

 

 

Onlar prokurorun Şuşa şəhəri ilə bağlı bundan əvvəlki çıxışlarına diqqət çəkiblər.

“Şuşa ilə bağlı vəziyyətin məhkəməyə heç bir adiyyatı yoxdur. Mən heç zaman Şuşanı verənləri müdafiə etməmişəm”- deyə prokuror deyib.

 

Buna cavab olaraq, eks-prezident “sən şəhəri verənlərdən birisən”-deyə yüksəsk səslə çıxıb. Baqdasaryan isə Koçaryana müraciət edərək “necə yəni satmışam”- cavabını verib.

Hakim tərəfləri sakitliyə çağırıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər