Modern.az

ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi

ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi

19 Yanvar 2021, 21:50

ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini "soyqırım" və "insanlıq əleyhinə cinayətlər" hesab edir.

 

Modern.az-ın məlumatına görə, belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

 

"Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi", - Pompeonun bəyanatında deyilir.

 

Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir