Modern.az

Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO

Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO

20 Yanvar 2021, 08:29

Bu il keçiriləcək qəbul imtahanlarında tarix fənni üzrə mövzularda şanlı zəfərimizlə bağlı suallar da yer alacaq.

 

Modern.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Dəyişiklik bəzi ixtisas qruplarını əhatə edəcək. Pandemiya şəraiti ilə əlaqədar bəzi mövzular isə sadələşdiriləcək.

 

Bu il keçiriləcək qəbul imtahanlarında Vətən Müharibəsi ilə bağlı suallar da salınacaq.

 

Xanlar Xanlarzadə bildirib ki, qəbul imtahanı qaydalarında xüsusi bir qeyd var ki, son dövrlərdə baş verən və imtahan iştirakçılarının canlı şahidi olduğu hadisələr də birbaşa test tapşırıqlarında istifadə edilə bilər. Qurum rəsmisi vurğulayıb ki, Zəfər Tariximizlə bağlı suallar qəbul imtahanlarının yalnız 2-ci mərhələsinə salınacaq.

 

Qəbul imtahanlarında Vətən Müharibəsi ilə bağlı suallar tarix fənnindən olacaq. Dəyişiklik 2-ci və 3-cü ixtisas qrup üzrə hazırlaşan abituriyentlər üçün nəzərdə tutulub.

 

Bununla bağlı mövzular yaxın günlərdə çap olunacaq Abituriyent 1 jurnalında yer alacaq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər