Modern.az

Xazmazlı balıqçıların qayığı dənizdə batıb

Xazmazlı balıqçıların qayığı dənizdə batıb

Təhsil

29 Yanvar 2010, 14:55

Yanvarın 29-da Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində dənizdə balıqçı qayığı çevrilib. Nəticədə, qayıqda olan iki nəfər suya yıxılıb. Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib. Hadisə zamanı suya yıxılan balıqçılardan biri biri müstəqil şəkildə xilas olub, digərinin isə batdığı ehtimal edilir. Hazırda hadisə yerində dalğıc-xilasedicilər tərəfindən axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, hadisəyə güclü külək səbəb olmuşdur;

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki,

Bakı şəhəri, Səbail rayonu ərazisində də 1 nəfər dənizə düşüb. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər suda batma təhlükəsi ilə üzləşmiş həmin şəxsi xilas ediblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır