Modern.az

XXI əsrin universitetləri necə olacaq? - Sabahdan müzakirələr başlayır

XXI əsrin universitetləri necə olacaq? - Sabahdan müzakirələr başlayır

20 Yanvar 2021, 15:36

Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirə keçiriləcək.

 

Modern.az xəbər verir ki, müzakirəyə Təhsil Naziri Emin Əmrullayev, nazirlik  yanında  İctimai şuranın üzvləri, eləcə də qurumun bir sıra əməkdaşları qatılacaqlar.

 

Həmçinin, virtual müzakirədə ilk dəfə olaraq, Türkiyənin məşhur universitetlərindən biri – İstanbul Texniki Universitetinin (İstanbul Teknik Üniversitesi) rektoru professor  Dr. İsmayıl Koyunçu da qatılacaq.

 

Azərbaycandan  isə UNEC-in rektoru, professor Ədalət Muradov və onun Azərbaycan Texniki Universitetindən olan həmkarı professor Vilayət Vəliyev onlayn görüşdə iştirak edəcəklər.

 

 

Virtual müzakirə İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun giriş nitqi ilə start götürəcək.

 

“XXI əsrin universitet modeli” mövzusunda  müzakirəsində  ilk çıxışı  Təhsil naziri Emin Əmrullayev edəcək.

 

Ardınca isə  İstanbul Texniki Univesitetinin rektoru  Dr. İsmayıl Koyunçu  XXI əsrin təhsili, universiteti ilə bağlı görüşlərini azərbaycanlı həmkarları ilə bölüşəcək.

 

Daha sonra isə rektorlar  Ədalət Muradov və Vilayət Vəliyev də mövzu ilə bağlı mülahizələrini çıxışları zamanı səsləndirəcəklər.

 

İki saat davam edəcək onlayn görüşdə təhsillə bağlı müzakirələrə də geniş yer ayrılacaq.

 

Qeyd edək ki,  Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda keçirilən  müzakirə 21 yanvar saat 11:00-da baş tutacaq.

 

Görüşün informasiya tərəfdaşı Modern.az iinformasiya agentliyidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı