Modern.az

ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb

ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb

20 Yanvar 2021, 15:54

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) 20 Yanvar faciəsinin 31-cu ildönümünə həsr olunmuş məktub kampaniyasına başlayıb.

 

Məktubda  Qara Yanvar faciəsinin səbəbləri, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd hərbi cinayət törətməsi, Bakı faciəsinin  Budapeşt (1956) və Praqa (1968) hadisələrini xatırlatdığı barədə ətraflı məlumat verilib. 

 

USAN xatırladıb ki, məhz həmin ağır və mürəkkəb dönəmdə soydaşlarımız bir araya gələrək ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıblar. Şəbəkə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ABŞ-da və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları fəal olmağa, faciəyə aid fotoları, materialları və məktubları aşağıdakı link vasitəsilə vəzifəli şəxslərə və yerli mətbuata ünvanlamağa çağırıblar. 

 

//www.votervoice.net/mobile/AZERI/Campaigns/79417/Respond?vvsn=BTcAAgENAC5YTAbGGmX7BAA&fbclid=IwAR1N6YCaKtIxprSn96ldAaPm_kg3A5oGuqDcD5tXOUHA8mGmYjduA4C0qAo

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir