Modern.az

Cavad Zərif Bakı və İrəvana nəyə gəlir...

Cavad Zərif Bakı və İrəvana nəyə gəlir...

Aktual

20 Yanvar 2021, 17:25

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakı, Moskva, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

“Qafqaza və Rusiyaya səyahət planlaşdırıram. Düşünürəm ki, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərlərin tarixləri artıq müəyyənləşdirilib”,-Zərif deyib.

“Türkiyə ilə də danışıqlar aparırıq. Dünən axşam Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə yaxşı bir telefon danışığım oldu”.

İran xarici işlər naziri "Dağlıq Qarabağ böhranının həllinə kömək etmək və bölgədə sülh və sabitlik yaratmaq üçün birlikdə işləyə biləcək ölkələrə səyahət etmək niyyətindəyəm" deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir