Modern.az

Ermənistan-Azərbaycan sərhədlərinə dair danışıqlar başlayır

Ermənistan-Azərbaycan sərhədlərinə dair danışıqlar başlayır

Ölkə

20 Yanvar 2021, 17:55

“Azərbaycanla sərhədin delimitasiyası yaxın vaxtlarda Ermənistanın cənubundakı Sünik (Zəngəzur-red.) bölgəsində başlayacaq”.

Modern.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bunu deputatların suallarını cavablandırarkən bildirib.

O, Gorusdan Qafana gedən yolun və qismən Azərbaycanın nəzarətinə keçən sərhəd ərazilərinin hazırda təhlükəsiz olduğunu söyləyib.

“Yollar Ermənistan və Rusiya sərhədçiləri tərəfindən idarə olunur və bu günə qədər heç bir fövqəladə vəziyyət yaranmayıb”.

"Sərhədçilərin yerləşdirilməsi prosesi demək olar ki, başa çatıb, bundan sonra sərhədin son delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar mərhələsinə keçməliyik", - deyə Avinyan əlavə edib.

O, danışıqlar prosesinin uzun çəkəcəyini istisna etməyib. Avinyan danışıqların bu mərhələsində təhlükəsizlik mühitinin bir daha qiymətləndiriləcəyini vurğulayıb.

Tiqran Avinyan hazırda əsas müzakirə mövzusu olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin taleyi ilə bağlı məsələyə toxunmayıb.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi prosesi başlayıb. Nəticədə vaxtilə Qubadlı ilə həmsərhəd zonada bəzi əraziləri mənimsəmiş ermənilər həmin torpaqları Azərbaycana qaytarmağa məcbur olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü