Modern.az

Tramp Ağ Evlə vidalaşdı - VİDEO

Tramp Ağ Evlə vidalaşdı - VİDEO

20 Yanvar 2021, 18:20

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Co Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Ağ Evlə vidalaşdıb. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin həyətinə enən helikopter Tramp ailəsini hava limanına aparacaq.

 

Daha əvvəl Trampla xanımının Ağ Evi səhər saat 08:00-da tərk edərək Palm-Biçə (Florida ştatı-red.) yollanacaqları barədə xəbər verilmişdi. 

 

Qeyd edək ki, Co Baydeninin inauqurasiya mərasiminin yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red.) başlayacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı