Modern.az

Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı

Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı

Aktual

20 Yanvar 2021, 19:17

İspaniyanın paytaxtı Madrid şəhərində mərkəzində yerləşən binalardan birində güclü partlayış baş verib.

 

Modern.az-ın "El Pais" qəzetinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla təxminən saat 15:00-da qeydə alınıb. Partlayışın təsirindən binanın yuxarı mərtəbələri dağılıb.

İlkin məlumata əsasən, partlayış qocalar evinin yerləşdiyi binada olub. Partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb, 4 nəfər isə ölüb.

 

Qeyd edilir ki, partlayışa səbəb qaz sızması ola bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür