Modern.az

Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı

Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı

20 Yanvar 2021, 20:26

2021-ci ilin 20 yanvar tarixində Polşanın ən nüfuzlu mətbu orqanlarından  biri olan "Rzeczpospolita" qəzetinin internet səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan bu qanlı faciə barədə Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun  Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə tərəfindən yazılmış məqalə dərc edilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

 

Məqalədə Qanlı yanvar faciəsinin tarixçəsinə toxunularaq bildirilir ki,  qərənfil dünyada sevgi rəmzi sayılsa da Azərbaycanda bu belə deyil. "Azərbaycanlıların yaddaşında yanvar ayı qırmızı və qara rənglərlə xatırlanır, qərənfil isə bu ölkədə matəm rəmzi hesab edilir. Bunun səbəbi 1990-cı il yanvar ayının 20-də əsasən erməni əsgərlərindən komplektləşdirilmiş Sovet İttifaqı hərbi hissələrinin Azərbaycanda dinc əhaliyə, sivil insanlara qarşı törətdikləri qanlı qırğınlardır. Bakıdan başlanan qırğınlar sonradan ölkənin digər şəhərlərində Lənkəran və Neftçalada da davamet mişdi. Sovet ordusu tərəfindən təkcə paytaxt Bakıda Azərbaycanlı, rus, yəhudi, tatar və digər millətlərdənolan 131 mülki şəxs (124 kişi, 7 qadın, 7 uşaq) öldürülmüş, 744 nəfər xəsarət almış, 841 nəfər sovettəhlükəsizlik orqanları tərəfindn həbs olunmuş, 200 ev, təcili tibbi yardım maşını da daxil olmaqla 80 avtomaşın yandırılmış və dağıdılmışdı."

 

Sözügedən məqalədə SSRİ rəhbərliyinin məkrli məqsədləri ifşa olunur: "20 yanvar hadisələrini törətməklə SSRİ rəhbərliyi Azərbaycanda XX əsrin 70-80-ci illərində başlayan milli azadlıq hərəkatın boğmaq məqsədi güdürdü. Bu dövrdə ittifaqın digər respublikası olan Ermənistan SSR-in Azərbaycana qarşı təcavüzkar hərəkətləri, Azərbaycan ərazilərini qanunsuz və beynəlxalq hüquqa zidd olaraq ələ keçirmək cəhdləri təbii olaraq azərbaycanlıları hiddətləndirirdi. Xalq  SSRİ rəhbərliyindən bunun qarşısını alınmasını gözləyirdi".

 

Məqalədə eyni zamanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin qanlı hadisələr zamanı daim Azərbaycan xalqının yanında olduqları qeyd edilir : "1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyi önündə izdiham toplanarkən də Heydər Əliyev fövqəladə cəsarət nümunəsi göstərmiş, nümayəndəliyə yola düşmüş, Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu anti-humanist faciəni qınamışdı", " Həmin ağrılı, acılı günlərdə təkcə ümummilli lider Heydər Əliyev deyil, ümumilikdə, ağır məhrumiyyətlərə düçar edilmiş Əliyevlər ailəsi, o cümlədən Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev fövqəladə cəsarət nümunəsi nümayiş etdirmişdi. Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib ittifaq rəhbərliyini ifşa etmək barədə qərar qəbul etməsində İlham Əliyevin də qəti mövqeyi əhəmiyyətli rol oynamışdı." 

 

Sonda müəllif bu qanlı hadisənin Azərbaycanın və bir çox dünya ölkələrinin tarixində oynadığı mühüm roldan danışaraq bildirir ki "Beləliklə, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi. SSRİ-nin süqutu isə təkcə ittifaqa daxil olan respublikaların deyil, Şərqi Avropa ölkələrini də bu imperiyanın təzyiqindən xilas etdi".

 

Məqalənin tam mətni ilə aşağıdakı internet keçidindən tanış olmaq mümkündür:

//www.rp.pl/Historia/210129949-Azerbejdzan-Co-zmienilo-sie-po-wydarzeniach-z-20-stycznia-1990-roku.html

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı