Modern.az

Tramp Baydenə məktub yazdı

Tramp Baydenə məktub yazdı

Aktual

20 Yanvar 2021, 20:57

Bir neçə saatdan sonra ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatacaq Donald Tramp ənənəyə uyğun olaraq dövlət başçısı postunda onu əvəzləyəcək Cozef Baydenə məktub yazıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “CNN” telekompaniyası Ağ Evdəki mənbələrinə istinadən xəbər verib.

 

Ehtimala görə, 45-ci Prezident yazdığı kiçik məktubu Oval kabinetdəki iş masasının yuxarı yeşiyinə qoyub. Məktubun məzmunu hələlik məlum deyil. Trampın xanımı Melaniya isə öz növbəsində gələcək birinci xanım Cill Baydenə “qısa salamlama məktubu” yazıb.

 

Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!