Modern.az

Co Bayden and içdi - VİDEO

Co Bayden and içdi - VİDEO

20 Yanvar 2021, 21:02

ABŞ-ın seçilmiş Prezidenti Cozef Bayden inauqurasiyası keçiriləcək Konqresdəki podiuma çıxıb.

 

Modern.az “TASS”a istinadla xəbər verir ki, Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş vitse-prezident Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens var. 

Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.

 

Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib.

 

ABŞ-ın 46-cı Prezidenti Cozef Bayden ölkəyə və Konstitusiyaya sadiq qalacağına and içib.

"Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam", - Bayden deyib.

 
Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib. 
 

Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başladı.

 

Qeyd edək ki, C.Baydenin inauqurasiya mərasimində keçmiş prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.

Səlahiyyət müddəti başa çatmış keçmiş Prezident Donald Tramp isə əvvəlcədən bəyan etdiyi kimi Baydenin andiçmə mərasiminə qatılmadan Ağ Evi tərk edib.

 

 

 


Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi