Modern.az

İspan futbolçu tarixə düşdü

İspan futbolçu tarixə düşdü

20 Yanvar 2021, 22:40

İspaniyalı futbolçu David Barral tarixə düşüb.

 

Modern.az xəbər verir ki, 37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

 

O, İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternasional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması “İnternasional Madrid”in “Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

 

Qeyd edək ki, veteran forvard karyerası ərzində “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klublarda oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?