Modern.az

Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı

Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı

Aktual

20 Yanvar 2021, 23:20

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tvitter hesabında paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

 

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda 1990-ci il yanvarın 20-də şəhid olan qəhramanları rəhmətlə və hörmətlə yad edirəm”.

 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu da Azərbaycanın 20 Yanvar şəhidlərini yad edib.

 

"31 il öncə Azərbaycanın müstəqilliyi üçün yaşanan, müstəqillik simvoluna çevrilən və tarixə “Qanlı yanvar” olaraq düşən faciədə şəhid olan qardaşlarımızı ehtiramla anıram, Can Azərbaycanımızın Milli Matəm Günündə ortaq qəlb sızıltılarımızı dərin hüznlə paylaşıram”, - deyə CHP lideri tvitter hesabında yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!