Modern.az

Madriddəki partlayışda yaralananların sayı artdı

Madriddəki partlayışda yaralananların sayı artdı

20 Yanvar 2021, 23:58

İspaniyanın paytaxtı Madrid şəhərində baş verən güclü partlayış nəticəsində 11 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində yerləşdirilib.

 

Qeyd olunub ki, yaralı şəxslərə tibbi yardım göstərilib. On nəfərin xəsarəti yüngüldür, lakin bir nəfərin vəziyyəti ağırdır.

Bundan əvvəl, partlayış nəticəsində üç nəfərin öldüyü, bir şəxsin itkin düşdüyü bildirilmişdi.

 

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir